Sizin link burada

Üzərindən nömrəsi silinmiş tapança çıxdı - Bakıda

Qanunsuz silah gəzdirən şəxs saxlanılıb.

 

DİN Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib.

 

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>