Sizin link burada

Piyadanı öldürüb qaçan avtobus sürücüsünə AĞIR CƏZA

Piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən  avtobus sürücüsü Hakim Saatovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Saatov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il sentyabr ayında Yasamal rayonunda baş verib. 1977-ci il təvəllüdlü Saatov Hakim Aslan oğlu idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əskərova Günel Adəm qızını vurub.

 

Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Ölüm faktına və H.Saatovun hadisə yerindən qaçmasına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>