Sizin link burada

“Azərsu” Novruz bayramında gücləndirilmiş rejimdə işləyəcək

Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ASC-dən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

 

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında  dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri  tədbirlər görüləcək.

 

“Azərsu” istehlakçılardan su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etmələrini xahiş edir.

LENT

19 Aprel 2018

Digər xəbərlər >>>