Sizin link burada

Saatlı sakini 25 kq narkotiklə yaxalandı - Sərhəddə əməliyyat

 

Martın 17-də Dövlət Sərhəd Xidməti tərəfindən külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
 
DSX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata gförə, həmin tarixdə saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.
 
 
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərib, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb.  Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub. 
 
 
Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun 14 mart tarixində Biləsuvar SNM-dən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib. 
 
 
Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub. 19 mart tarixində həmin şəxslərdən biri – Füzuli rayonu Böyük Bəhmənli kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb.
 
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>