Sizin link burada

Qənirə Paşayeva və "Aprel 2016"nın üzvləri aprel şəhidlərinin ailələri ilə görüşüblər

Millət vəkili Qənirə Paşayeva və "Aprel 2016" təşkilatı Novruz bayramını Aprel şəhidlərinin ailəsi ilə qarşılayıb. Lent.az-ın məlumatına görə, İçərişəhərdə keçirilən bayram tədbirində millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri  Q.Paşayeva şəhid ailələrini bayram münasibətilə təbrik edib: "Şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir. Onlar bu gün burada olduğu kimi bütün  məclislərdə xüsusi diqqətimizdə olmalıdır. Aprel zəfəri ölkəmiz üçün böyük önəm daşıyır, düşmənə böyük zərbədir. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik". 

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva gənclərin bu qəhrəmanları bilməsi üçün hər kəsi fəal olmağa çağırıb.

 

Bu istiqamətdə fəal işlər görmək üçün  yeni yaradılmış "Aprel 2016" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin həmtəsisçisilərini təbrik edən və uğurlar diləyən Q.Paşayeva onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib.

 

"Aprel 2016 Şəhid ailələrinə dəstək "İB  həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı çıxış edərək Prezidentin və 1-ci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayıblar.

 

Tədbirdə   MÜSİAD təşkilatının rəsmiləri,  "AZMAN"şirkətinin və "Art Garden"-nin təmsilçiləri də çıxış edib, şəhid ailələrini təbrik ediblər. 

 

Tədbir Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın ifasında "Qarabağ şikəstəsi" ilə başa çatıb.

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>