Sizin link burada

Futbol yığmamız Belarusla qarşılaşacaq

Martın 23-də Belarus yığmasını qəbul edəcək Azərbaycan millisi görüşə məğlubiyyətsizlik seriyası ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız uzun müddətdi evdə keçirdiyi yoxlama oyunlarında uduzmur.

Düzdü, bunun səbəblərindən biri də yığmanın doğma azarkeşlər önündə nadir hallarda yoldaşlıq görüşü keçirməsidi. Millimiz sonuncu dəfə öz meydanında 2011-ci il avqustun 10-da məğlubiyyət acısı yaşayıb. Həmin vaxt yoxlama oyunundakı rəqibimiz Makedoniya olub. Martın 27-də Türkiyədə qarşılaşacağımız balkanlılar 6 il 5 ay əvvəlki qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

Həmin matçdan sonra yığmamız Bakıda 4 belə görüş keçirib və uduzmayıb. Hesabında 3 qələbə olan yığmamız Bəhreynlə Maltanı eyni – 3:0, Moldovanı 2:1 yenibsə, Özbəkistanla qolsuz sülhə imza atıb. Moldovalılarla 2015-ci il noyabrın 17-də baş tutan görüş hələlik evdəki son yoldaşlıq oyunudu.

Komandamız 857 gündən sonra doğma arenada seçmə xarakteri daşımayan sınağa çıxacaq.

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>