Sizin link burada

Bayram günləri hava necə olacaq? - Əhalinin NƏZƏRİNƏ

 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində bayram günləri üçün hava proqnozunu açıqlayıb.
 
 
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. 
 
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda  gecə  8-10, gündüz 16-18 dərəcə isti olacaq.
 
 
Martın 21-də hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. 
 
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz  12-17, Bakıda  gecə  8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
 
 
Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
 
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda  gecə  6-8, gündüz 14-16 dərəcə isti  olacağı gözlənilir. 
 
 
Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq. 
 
 
Martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz  19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.
 
 
Martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.
 
 
Martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir. 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>