Sizin link burada

Zyuqanovdan MSK-ya sərt ittiham

 

 

Rusiya Kommunist Partiyası MSK-nı Pavel Qrudininin səslərini azaltmaqda günahlandırıb    

 

Rusiya Kommunist Partiyası Mərkəzi Seçki Komissiyasını prezidentliyə namizəd Pavel Qrudinin səsini qəsdən azaltmaqda günahlandırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kommunist Partiyasının lideri gennadi Zyuqanov bildirib. O, MSK ilə bərabər partiyanın seçki qərargahının da paralel hesablama apardığını söyləyib: "Pavel Qrudininə verilən səslərin sayı 17 faizdən çoxdur. Qəsdən bizim səsimizi azaltmaq tapşırığı verilib. Bu da çox çirkin əməldir. Qrudinin direktoru olduğu Lenin adına Sovxoza 600 nəfər adam gətiriblər ki, burda da seçkilərin nəticələrinə təsir göstərsinlər. Lakin həmin məntəqədən Qrudinin 55 faiz, Putin 38,5 faiz, Jirinovski isə 11 faiz səs toplayıb. Bax, bu, sadə Rusiya insanının prezident seçkilərində seçimidir. Qalib gəldiyimiz məntəqələrin sayı çoxdur. Biz, nəhəng dövlət maşını ilə rəqabət aparırdıq. Bu dövlət maşını nəhəng pula, televiziya imkanlarına malikdir. Bizim partiya həmin bu maşınla rəqabət aparıb. Bütün bunlara baxmayaraq Pavel Qrudinin digər namizədlərin birlikdə səsindən çox səs toplayıb".

 

 

Pavel Qrudinin də ona verilən səslərin qəsdən azaldığını bildirib: "Bunu Rusiya MSK-da da yaxşı bilirlər. Təəssüflər olsun ki, bizdə seçkilər ədalətli deyil, bunu hamı gözəl bilir. Siz, küçədə birini saxlayıb soruşsaz ki, seçkilərdə səsləri düzgün sayırlar, həmin adam sizə yox deyəcək".  

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>