Sizin link burada

Bir ailənin 2 gəlininin öldüyü hadisə barədə YENİ XƏBƏR

2 gün əvvəl Hacıqabulda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabulun Atbulaq kəndindən keçən hissəsində Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Hümbətov Bəhruz Telman oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin yolda təmir işləri aparan texnika ilə toqquşması nəticəsində ölən qadınların yas mərasimindən gəldiyi məlum olub. Belə ki, B.Hümbətov ailəsi ilə birgə həftənin 4-cü günü Tərtərə yas mərasiminə gedib. Bir gün sonra sübh saatlarında onlar daimi yaşayış yerləri olan Bakıya yola düşüblər. Sürücünün yuxulu olması səbəbindən idarə etdiyi avtomobil yolun sağ tərəfində dayanmış texnikaya çırpılıb. Nəticədə onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şəlalə Yaqub qızı Hümbətova və sürücünün qardaşı arvadı İsmayılova Kamilə Feyzi qızı hadisə yerində ölüb. “Mercedes”də olan sərnişinlərdən - sürücünün övladları, 2015-ci il təvəllüdlü Umud Bəhruz oğlu Hümbətov və 2010-cu il təvəllüdlü Rəşad Bəhruz oğlu Hümbətov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Avtomobildə olan digər azyaşlı və sürücü yüngül xəsarət alıb.

 

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>