Sizin link burada

Kyellini İtaliya yığmasından yığmadan kənarlaşdırıldı

İtaliya yığmasının qarşıdakı oyunlar üçün açıqlanmış heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Corcio Kyellininin adı elan olunan siyahıdan çıxarılıb.

 

Buna "Yuventus"un müdafiəçinin zədə alması səbəb olub. Kyellini "Spal"la dünənki çempionat matçında (0:0) sıradan çıxıb. Corcionun zədəsinin nə dərəcədə ciddi olub-olmadığına yaxın günlərdə aydınlıq gələcək.

 

 

Kyellininin əvəzinə milliyə "Vest Hem"in müdafiəçisi Ancelo Oqbonna çağırılıb.

 

Qeyd edək ki, "Skuadra Adzurra" martın 23-də Argentina, 4 gün sonra isə İngiltərə ilə yoldaşlıq matçına çıxacaq. 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>