Sizin link burada

İranın XİN rəhbəri xəstəxanaya aparıldı

İran xarici işlər naziri Cavad Zərifin xəstələnməsi ilə əlaqədar şənbə və bazar günləri planlaşdırılan görüşləri ləğv olunub.

 

APA-nın məlumatına görə, bu barədə İRNA agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Bəhram Kasemiyə istinadən məlumat yayıb.

 

Bir neçə saat xəstəxanada saxlanılan C. Zərif həkimlərin məsləhəti ilə hazırda istirahət edir. Buna görə də C. Zərifin şənbə və bazar günləri planlaşdırılmış görüşləri ləğv edilib.

LENT

19 Aprel 2018

Digər xəbərlər >>>