Sizin link burada

Goranboyda qumbara tapıldı

Martın 17-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Veyisli qəsəbəsində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Lent.az-a verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş əl qumbarasının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>