Sizin link burada

Göygöldə ana ölümü

Göygöldə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana ölüb. APA-nın verdiyi məlumata görə,  rayonun Şəhriyar kənd sakini 1976-cı il təvəllüdlü Abdullayeva Ofelya Cəlal qızı martın 15-də rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra vəziyyəti pisləşən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, bu qadının dünyaya gətirdiyi üçüncü övlad olub. Yeni dünyaya gələn oğlan uşağının vəziyyəti normal qiymətləndirilir.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>