Sizin link burada

Qurban Qurbanov Respublika stadionunu seçdi

Yoldaşlıq görüşündə Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, həm məşq, həm də konfrans martın 22-də keçiriləcək.

 

Əvvəlcə mütəxəssis jurnalistlərin önünə çıxacaq. O, saat 16:00-da sualları cavablandıracaq.

 

Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq.

 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>