Sizin link burada

Mənzildən 30 minlik qızıl oğurlandı

Mingəçevirdə oğurluq hadisəsi olub. APA-nın yerli bürosunun xəbərinə görə hadisə Mingəçevir şəhərinin A.Məmmədov küçəsindəki 7 saylı binanın 4 saylı mənzilində qeydə alınıb. Ev sahibi Sevda Abdullayeva ona məxsus mənzildən naməlum şəxs tərəfindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edib. Sevda Abdullayevanın bildirdiyinə görə, hadisə axşam saatlarında baş verib. Oğrular evə pəncərədən daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlib.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>