Sizin link burada

İlham Əliyevdən Roma Papasına TƏBRİK

 
Prezident İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib. 
 
 
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, təbrikdə deyilir:
 
"Zati-müqəddəsləri,
 
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.
 
Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
 
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>