Sizin link burada

Azərbaycanlı iş adamına hücum edən quldurlar bir-birini güllələdi - KURYOZ

 

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamına qarşı kuryoz cinayət hadisəsi baş verib. 

 

Lent.az-ın Rusiya KİV-s istinadən məlumatına görə, adı açıqlanmayan azərbaycanlı biznesmen Malino kəndi istiqamətində hərəkət edərkən naməlum şəxslər onun avtomobilinin qarşısını kəsiblər. Maskalı şəxslər onun avtomobilinə soxularaq 200 min rubl (təxminən 3500 dollar) pulu götürmək istəyiblər. 

 

Amma iş adamı quldurlara müqavimət göstərib. Bu zaman basqınçılardan biri atəş açmağa başlayıb. Güllələr isə azərbaycanlı biznesmenə yox, basqınçılardan birinə dəyib. Nəticədə o, həlak olub. Panikaya düşən quldurlar yoldaşlarını hadisə yerində qoyaraq qaçıblar.

 

Hazırda onların axtarışı gedir.

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>