Sizin link burada

İsa Qəmbər Bakıya qayıtdı

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə olunduğu Türkiyədən Azərbaycana qayıdıb.

 

APA-nın xəbərinə görə, sabiq Müsavat başqanının bir qədər əvvəl Bakıya döndüyü bildirilir.

 

Qeyd edək ki, İsa Qəmbər fevralın sonunda müalicə olunmaq üçün Ankara şəhərinə gedib. Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, xəstəxanadan çıxıb. 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>