Sizin link burada

Rusiya Britaniyaya cavab verdi: konsulluğu bağlayır, 23 diplomatı isə...

Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb.

 

APA-nın “Independent”ə istinadən verdiyi xəbərə görə, Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib. 

 

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə Britaniyanın Rusiyadakı səfiri Lauri Bristou Xarici İşlər Nazirliyinə çağırılıb.

 

XİN-in  bəyanatında Rusiyadakı Britaniya Konsulluğunun bağlanacağı və Böyük Britaniyanın Sankt-Peterburqda ümumi konsulluq açmaq üçün icazəsinin ləğv ediləcəyi də bildirilib.

 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomatı adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır.

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>