Sizin link burada

Ağsuda baş verən dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Ağsuda 6 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, martın 16-da saat 18 radələrində Ağsu rayonunun İlxıçı kəndi ərazisində şəhər sakini Teymurşah İsmiyevin idarə etdiyi “VAZ-2106” markalı  və digər “VAZ-2107” markalı  avtomobillər toqquşub. Nəticədə T.İsmiyev və sərnişini - arvadı Mehparə, habelə “VAZ-2107” markalı avtomobildə olan Siyəzən rayon sakinləri Nazim Hüseynov, Mehdi Xankişizadə, Orxan Bədəlov və  Pərvin Bayramov hadisə yerində ölüb, Bakı şəhər sakini Səbuhi Quliyev isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

 

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>