Sizin link burada

Əxlaqsızlıq yuvası saxlamaqda təqsirləndirilən şəxs bəraət aldı

Əxlaqsızlıq yuvaları saxlamaqda təqsirləndirilən Elşad Zamanovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Bu barədə Lent.az-a onun vəkili Vasif İsrafilov məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar élan edilib. Hakimlər kollegiyasının qərarı ilə təqsirləndirilən şəxsə bəraət verilib və Səbail rayon Məhkəməsinin hokmü ləğv edilib.

Xatırladaq ki, Səbail rayon Məhkəməsində Elşad Zamanov Cinayət Məcəlləsinin 244-cü( əxlaqsız yuvaları saxlama) maddəsi ilə təqsirli bilinərək, hər ay qazancının 15%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, Səbail rayonu, Gənclər küçəsində yerləşən 3 saylı binanın 16 saylı mənzilində gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək saxlanıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında 16 dekabr 2016-cı il tarixdə saat 19 radələrində Dadaşov Cəlal Ziyafət oğlunun fahişəliklə məşğul olan Səfərova Elnarə Qambay qızı ilə həmin mənzilə gətirib 30 manat pul müqabilində cinsi əlaqədə olması faktı aşkar edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Zamanov Elşad Vaqif oğlu ona qarşı elan edilən ittihamda özünü təsqirli bilməyib və göstərib ki, 13 dekabr 2016-cı il tarixdə günorta saatlarında istifadəsində olan mobil telefonuna bir müddət əvvəl internetdə tanış olduğu Cəlal adlı şəxs zəng edərək kirayə ev istədiyini bildirib. O, kirayə evinin olduğunu deyib. Həmin danışıqdan üç gün sonra Cəlal ona zəng edərək evə baxmaq istədiyini bildirib. Cəlal və yanında olan 30-35 yaşlarında xanımla birlikdə kirayə vermək istədiyi evə, yəni qeydiyyatda olduğu və ailəsinə məxsus Badamdar qəsəbəsi, Gənclər küçəsi ev 3, mənzil 16-ya baxmağa gediblər. Cəlal evi 200 manata götürməyə razılaşıb və 30 manat beh verib. Cəlal deyib ki, digər ev əşyalarını gətirəndən sonra həmin evə köçəcək. Cəlal ona 30 manatı verəndən sonra yataq otağına daxil olub ki, orada olan qadını çağırsın. O isə eyvanın işığını söndürmək üçün eyvana çıxıb, bundan sonra koridora qayıdıb. Bu vaxt özlərini  İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən 4-5 nəfər evə daxil olaraq onu idarəyə aparıblar.

 

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>