Sizin link burada

Şəkidə özünü güllələyən 17 yaşlı qız futbolçu imiş - YENİLƏNİB

 

Şəkidə özünü güllələyən 17 yaşlı qız əməliyyat olunub.
 
 
Lent.az-ın ARB-yə istinadən xəbərinə görə, cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, onun vəziyyəti ağır qiymətləndirilir.
 
 
Firəngiz Əzizova eyni zamanda Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O, futbol üzrə qızlardan ibarət milli komandaya dəvət alıb.

 

***

 

09:27

 

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib. 

 

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>