Sizin link burada

FİFA VAR-ı təsdiqlədi

FİFA 2018-ci il futbol üzrə dünya çempionatında hakimlərə video kömək sisteminin (VAR) istifadəsini rəsmi olaraq təsdiqləyib.

 

APA-nın xəbərinə görə, müvafiq qərar qurumun Kolumbiyanın paytaxtı Boqotada keçirdiyi iclasında verilib.

 

Bundan əvvəl, martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərə video kömək sisteminin (VAR) daimi olaraq qaydalara daxil olunmasını dəstəkləyib.

 

Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.

 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>