Sizin link burada

BAXCP-dən Bakı şəhər İcra Hakimiyyətinin qərarına ETİRAZ

BAXCP Bakı şəhər İcra Hakimiyyətinə etiraz edir.
 
 
 
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP aprelin 7-də növbəti qurultayını “Bakı Əyləncə Mərkəzi”ndə keçirmək barədə “Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib və beh ödənilib.
 
 
 
"BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib. Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər.
 
 
BAXCP hesab edir ki, ölkə rəhbərliyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcək. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra Yeni Azərbaycan və Sosial Rifah partiyaları qurultaylarını heç bir problem olmadan Bakının mərkəzində keçirib”, - deyə mətbuat xidmətindən bildirilib.

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>