Sizin link burada

BAKIDA FACİƏ: 2 nəfər maşının altında qalıb öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Anar Əhmədov saxlanılıb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

 

 

*****

 

10:11

 

Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib. Lent.az xəbər verir ki, Binəqədi rayonu Azadlıq prospektində "KİA" markalı, 90 LO 343 dövlət nömrə nişanlı avtomobil 55 yaşlı qadını vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Oxşar hadisə dünən gecə saatlarında Xətai rayonu, Neapol küçəsində də qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili 77 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>