Sizin link burada

Qızını itirən məşhur aparıcı: "Onu xilas edə bilmədim"

“Space” TV-nin “Xəbərlər” proqramının aparıcısı Elvin Basqallıya ağır itki üz verib. Lent.az-ın Yenicag.az-a istinadən məlumatına görə, aparıcının azyaşlı övladı vəfat edib.

Bu baradə açıqlama verən aparıcı göz yaşlarına hakim ola bilməyib:

“Qızım doğulandan dava-dərmanla yaşayırdı. Elə bilirdik ürəyi xəstədir. Sən demə, ciyərində problem varmış. Ciyərində yüngül əməliyyat olundu, amma narkozdan ayılmadı. Boğazından daxil olub, ciyərini təmizləməliydilər. Ürəyi tab gətirmədi. Bir ata kimi danışmaq çox ağırdır. Onu xilas edə bilmədim”.

Qeyd edək ki, aparıcının 3 övladı – iki oğlu və bir qızı vardı.

Allah rəhmət eləsin!

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>