Sizin link burada

Bakıda tənha yaşayan kişinin meyiti tapıldı

Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1969-cu il təvəllüdlü Qəzvinli Elşad Nadir oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

 

Bildirilir ki, ailə üzvlərə köçüb getdiyi üçün E.Qəzvinli tək yaşayırmış və şəkər xəstəliyindən əziyyət çəkirmiş.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>