Sizin link burada

Ağgöl Milli Parkına daxil olan Qətər vətəndaşı tutuldu

Martın 13-də saat 14:30 radələrində Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  saxlanılıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar  aşkar edilib.

 

Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub  və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

 

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>