Sizin link burada

Qaçırdığı avtomobili əzib yol kənarına atdı

Qobustan şəhərində avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılıb və həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nabur kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Abduləliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>