Sizin link burada

Bakıda qadını rüsvay etmək istəyən şəxs cinayət başında tutuldu

Bakıda qadını şantaj edən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>