Sizin link burada

Veteranlar Birliyinin sədri üzvlərini ittiham etdi: "Vəsiqələrinin müddəti keçib"

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri 1961-ci il Məhəmməd Vəliyev və sədr müavini 1961-ci il Cavan Əhmədovun məhkəməsi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Vəliyev ifadə verib.

 

O, ifadəsində qeyd edib ki, şahidlərin dediklərinin hamısı yalandır:  "2008-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Hövsan bələdiyyəsinə 10 hektar torpaq ayrılıb. Həmin torpaq Əfqanıstan veteranları üçün ayrılmayıb. Onlara torpaq sahəsi vermirik, bələdiyyəyə baxılması üçün göndəririk və onlar baxıb torpaq ayırır. Sədrliyə gələndə məndən əvvəlki sədr bütün torpaqları paylamışdı. Burda ifadə verən şahidlərin heç biri cəmiyyətin üzvü deyil. Onlar 1990-cı illərdə bir vəsiqə əldə ediblər. İndi də gəlib deyirlər ki, "biz veteranıq". Vəsiqələrinə baxsanız görəcəksiz ki, onların müddəti də keçib".

 

Təqsirləndirilən şəxs bildirib ki, iddiaları bizə qarşı şər və böhtandır: "Heç kəsdən pul almamışam.  Şikayətçilərin çoxunu tanımıram. İnanmıram ki, Cavan da onlardan pul alsın".

 

 

Bildirək ki, bu işdə zərərçəkmiş kimi heç kim tanınmayıb. Şikayətçilər torpaq almaq və ayrılmış imtiyazlardan istifadə etmək üçün birliyin sədrinə və müavininə rüşvət veriblər.

 

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

 

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

 

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

 

Veteranlara ayrılan torpaq sahəsi onlara satılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

 

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>