Sizin link burada

Azərbaycanda avtomobil dərəyə aşdı: yaralılar var

Yardımlı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, rayonun Separadi kəndi ərazisində "UAZ" markalı, 43 BA 369 dövlət nömrə nişanlı avtomobil sürüşkən yoldan dərəyə aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisi kişi, digəri isə qadındır.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>