Sizin link burada

Faiq Ağayev qayda pozan sürücünü ifşa etdi

Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasını pozan şəxsi ifşa edib.

 

Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobilinin şəkillərini paylaşaraq yazıb:

 

"Paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində qanunları saymayan, parketmə qaydalarını kobud şəkildə pozan, piyadaların sərbəst hərəkət etməsini ciddi əngəlləyən, yalnız öz rahatlığını düşünən bir ədəd azərbaycanlı".

 

Sənətçi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib.

 

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>