Sizin link burada

Moskva bölgəsində 60 İŞİD tərəfdarı saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları Moskva və Moskva ətrafında  İŞİD tərəfdarlarının Suriya və İraqa göndərilməsi ilə məşğul olan etnik cinayətkar qrupunun 60 üzvünü saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir.   

 

Məlumata görə, cinayətkar qrup həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub.  

 

Cinayətkarların beynəlxalq terror təşkilatlarının emissarları ilə əlaqəli olduğu müəyyənləşdirilib.  

 

LENT

24 May 2018

Digər xəbərlər >>>