Sizin link burada

"Lazım gələndə, qızlarımı döyürəm" - Lalə Azərtaş

Aparıcı Lalə Azərtaş "ATV kulis" verilişinin qonağı olub. 
 
Lent.az axşam.az-a istinadən məlumatına görə, aparıcı rəfiqəsi olmadığını etiraf edib:
 
“Dostum yoxdur. Uşaqlıdan anam deyirdi ki, dostun mənəm və bacılarındır. Yaxınlarım, rəfiqəlik edirmiş kimi olan dostlarım var. Mənim bir üçbucağım var: ailəm, valideynlərim və şəxsi həyatım. Hər dəfə Allaha yalvarıram ki, mənim üçbucağıma dəymə. Mən onların içində çox xoşbəxtəm. Bir də mənim maşınım, dənizim və mahnılarım var. Onların yanında istədiyim problemi danışıram və orada da qalır".
 
Lalə qəddar ana olduğunu söyləyib:
 
"Lazım gələndə, qızlarımı döyürəm də. Qızını döyməyən, dizini döyər. Uşaqlarım deyir ki, ana birinci dəfə deyir "olmaz", ikincidə deyir, "demişdim axı olmaz". Üçüncü dəfə başqa cür deyir. Artıq dördüncüdə gəlir. Əgər çətin olursa, nənədən kömək istəyirik. Anama deyirəm ki, Gülarə və Solmaza sən məsləhət ver”.
 
Azərtaş serial təklifi aldığını, amma qəbul etmədiyini deyib:
 
“Elə bizim ATV kanalından serial təklifi almışam. Amma xəbər aparıcısı olduğum üçün istəmirəm. Bir halda film üçün kamera qarşısına keçərəm ki, o tarixi film olsun".

LENT

22 May 2018
21 May 2018

Digər xəbərlər >>>