Sizin link burada

Droqba karyerasını bitirir

Fil Dişi Sahili yığmasının sabiq hücumçusu Didye Droqba karyerasını nə vaxt bitirəcəyini açıqlayıb. Apasport.az saytı xəbər verir ki, hazırda ABŞ-ın “Finiks Rayzinq” klubunun formasının geyinən 40 yaşlı forvard futbolla bu il vidalaşacaq.

 

Belə ki, Droqba karyerasını cari mövsümün sonunda bitirməyi qərarlaşdırıb. “Telefoot”a müsahibə verən təcrübəli futbolçu bunları deyib: “Məşğul olduğum işdən həzz alıram. Futbolçu olmaq ürəyimcədi. Yanımda gənc oyunçular çıxış edir və onlara ötürmə verməyi xoşlayıram. Lakin bu mövsüm futbolçu karyeramda sonuncu olacaq. Artıq 40 yaşım var, dayanmaq vaxtıdı”.

 

 

Qeyd edək ki, Didye Droqba əvvəllər “Marsel”, “Çelsi”, “Qalatasaray”, “Şanxay Şenxua” və “Monptreal İmpakt” klublarında da oynayıb. 

LENT

24 May 2018

Digər xəbərlər >>>