Sizin link burada

Bakıda 10 yaşlı oğlan faciəvi şəkildə öldü - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 13-də saat 1 radələrində Xəzər rayonunun Zuğulba qəsəbəsində Bakı şəhər sakini Nihat Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən qəsəbə sakini - 10 yaşlı Mətin Əhmədovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

11:19

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Xəzər rayonu ərazisində - Zağulba şosesində "Kia" markalı, 90 SC 929 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan 10 yaşlı oğlanı vurub. Ağır xəsarət alan uşaq hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

22 May 2018
21 May 2018

Digər xəbərlər >>>