Sizin link burada

Gömrükçülər maşının qızdırıcısından 14 telefon tapıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində 7 ədəd "Samsung Galaxy J3 6", 5 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy J3 Pro", 1 ədəd "Homtom" markalı, ümumilikdə 14 ədəd mobil telefonlar, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd "qulaqcıq" aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

22 İyun 2018

Digər xəbərlər >>>