Sizin link burada

Bakıda maşın 53 yaşlı kişini vurdu

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında 1965-ci il təvəllüdlü Mahmudov Rasim Rəhim oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

LENT

22 İyun 2018

Digər xəbərlər >>>