Sizin link burada

Salyanda ana ilə oğlu qəzada öldü - YENİLƏNİB

Salyan rayonunda baş vermiş ağır qəza nəticəsində ölənlərin  kimliyi məlum olub

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu, 1987-cu il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlu və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızıdır.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

 

***

 

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb.

 

“VAZ 21 015” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, daha 2-si xəsarət alıb.

 

Xəsarət alan Bakı sakini, 1961-ci il təvəllüdlü Kərimova Şərifə Əlimərdan qızı və Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Qaraxanov Pərviz İsa oğlu Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

 

Ölənlər isə 1987-cu il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlu və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızıdır.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>