Sizin link burada

Bu ölkədə məmurlara səhər gimnastikası etmək göstərişi verildi

Tacikistanda bütün dövlət qurumlarının, idarələrinin və təşkilatlarının işçilərinə göstəriş verilib ki, hər şənbə günü səhər gimnastikasında iştirak etsinlər.

 

Lent.az-ın “virtualaz.org”a istinadən xəbərinə görə, , bu barədə ölkənin Gənclər və İdman İşləri üzrə Komitəsinin rəhbəri Axtam Abdullazado deyib.

 

“Tacikistan prezidentinin icra aparatı tədbirlər planını təsdiq edib və həmin plana əsasən, ilin sonuna kimi ölkənin bütün şəhər və rayonlarında hər şənbə günü səhər gimnastikası keçiriləcək”, - o deyib. Abdullazadonun sözlərinə görə, şənbə gimnastikasının təşəbbüskarı Tacikistan prezidentinin icra aparatıdır.

 

Tacikistanın Daxili İşlər Nazirliyinin bütün əməkdaşları ötən ilin yanvar ayından həftədə iki dəfə gimnastika, kross qaçışı və üzgüçülüklə məşğul olurlar. Nazir Ramazon Rahimzoda onları idmana vaxt ayırmağa məcbur edib ki, polis əməkdaşları yaxşı fiziki formada olsunlar və izafi çəkidən qurtulsunlar.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>