Sizin link burada

Ulduz futbolçu karyerasını bitirir

“Çelsi” və Kot-d'İvuar millisinin sabiq hücumçusu Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

 

APA-nın xəbərinə görə, bu barədə D.Droqba “TF1” telekanalına müsahibəsində bildirib.

 

“Mövsümün sonunda karyeramı bitirmək niyyətindəyəm. Artıq 40 yaşım var. Hesab edirəm ki, vaxt çatıb”, deyə D.Droqba qeyd edib.

 

Qeyd edək ki, məşhur futbolçu karyerasını ABŞ-ın “Finiks Rayzinq” klubunda bitirəcək. “Çelsi”nin heyətində 204 oyun keçirən D.Droqba 104 matçda rəqiblərin qapısına yol tapıb. D.Droqba 2013/14 mövsümündə İstanbulun “Qalatasaray” klubunda çıxış edərək 37 oyunda 15 qol vurub.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>