Sizin link burada

Çavuşoğlu Moskvaya gedir

Martın 13-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun Rusiyaya səfəri başlayır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində nazir  Türkiyə- Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə edəcək, həmçinin Moskvada keçirilən turizm sərgisinə qatılacaq.

 

Martın 14-də M.Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub. Daha sonra türkiyəli nazir Suriya üzrə Astana formatının XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya yola düşəcək.  

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>