Sizin link burada

Türkiyə Almaniyaya etiraz notası göndərdi

Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.

 

“Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”, deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb. Hadisə ilə əlaqədar Almaniyanın Ankaradakı səfiri Martin Erdmann bu gün Türkiyə XİN-ə çağırılıb.

 

Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>