Sizin link burada

Dünya şöhrətli modelyer vəfat etdi

Fransalı modelyer Yuber de JiVanşi (Hubert de Givenchy) 91 yaşında dünyasını dəyişib.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, Modelyerin şənbə günü yuxuda öldüyü bildirilir. Dəfn mərasimi yaxın dostlar və qohumların əhatəsində mətbuata qapalı şəkildə keçiriləcək.

 

Jivanşi 1927-ci ildə Bove şəhərində anadan olub. Fransanın faşistlərdən azad edilməsindən sonra Parisə köçüb və orada müxtəlif modelyerlərin köməkçisi işləyib. Öz soyadını daşıyan böyük moda evinin əsasını 1952-ci ildə qoyub.

 

Dünya şöhrətini ona Odri Hepbernnin iştirakı ilə çəkilmiş klassik filmlər, o cümlədən “Tiffanidə səhər yeməyi” filmi üçün tikdiyi paltarlar gətirib. Aktrisa və modelyer 40 ilə yaxın dostluq edib və bu münasibətlər həm moda aləmi,  həm də kinomotoqrafiyada böyük dəyişikliklərə səbəb olub.

 

LENT

22 İyun 2018

Digər xəbərlər >>>