Sizin link burada

Şəhriyar Məmmədyarov liderliyini möhkəmlətmək arzusunda

 

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək III turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə üz-üzə gələcək.

 

Həmyerlimiz ABŞ təmsilçisinə qarşı qara fiqurlarla oynayacaq. Məmmədyarov xal itirməyəcəyi halda, liderlər qrupunda mövqeyini möhkəmlədəcək.

 

 

İddiaçılar turniri

III tur

 

Sergey Karyakin (2763, Rusiya) - Aleksandr Qrişuk (2767, Rusiya)

Levon Aronyan (2794, Ermənistan) – Vladimir Kramnik (2800, Rusiya)

Fabiano Karuana (2784, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)

Uesli So (2799, ABŞ) - Liren Ding (2769, Çin)

 

Turnir cədvəli: Məmmədyarov, Kramnik, Karuana – hamısı 1,5 xal; Aronyan, Qrişuk, Ding - 1; Karyakin - 0.5; So – 0.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>