Sizin link burada

®Toyota Camry Toyota-nın “Yeni Qlobal Arxitektura” adlanan mühəndis konsepsiyasına əsasən hazırlanmış nəqliyyat vasitəsidir

“Yeni nəsil Camry ilə biz insanları şövqləndirmək istədik. Odur ki, avtomobilin idarə olunması və praktikliyi baxımından mükəmməl ola biləcək, insanlara fiziki və mənəvi zövq verə biləcək yeni bir sedan konsepsiyasını ərsəyə gətirdik.”

“Bu avtomobili hazırlayarkən, onun idarəetmə dinamikasına və ümumi istismar göstəricilərinə xüsusi diqqət yetirdik ki, bu da Camry-ni yeni bir səviyyəyə çatdırdı.”

Masato Katsumata, Baş mühəndis

 

Tam yeni Toyota Camry saysız-hesabsız mükafatlara malik olan və satışa ilk dəfə 1982-ci ildə çıxarılan  modelin 8-ci nəslidir. Yaponiyada və 6-cı nəsildən başlayaraq Rusiyada da istehsal olunan Camry-nin 100-dən çox ölkədə 19 milyondan çox modeli satılıb.

 

İldə 700 000 ədəddən çox satılmaqla Camry D və E seqmentlərində dünyada ən çox satılan sedandır.

 

8-ci nəsil Toyota Camry Toyota-nın “Yeni Qlobal Arxitektura” adlanan mühəndis konsepsiyasına əsasən hazırlanmış nəqliyyat vasitəsidir. Bu konsepsiya özündə maşınsevərlər üçün nəzərdə tutulmuş “xoş idarə” xüsusiyyətlərini, cəlbedici üslub və eyni zamanda üstün istehsal keyfiyyəti, etibarlılıq və təhlükəsizliyi birləşdirir.

 

Tam yeni Camry iki əhəmiyyətli amil üzərində qurulub: performans (idarəetmə dinamikası, NVH [səs və vibrasiya xüsusiyyətlərinin təhlili], QDR [keyfiyyət, davamlılıq, etibarlılıq], detallaşdırma) və əqli faktorlar (yüksək texnoloji xüsusiyyətlər, rahatlıq və təhlükəsizlik).

 

Daha geniş və aerodinamika baxımından daha effektiv olan yeni Camry Toyota-nın “Katamaran” adlı inamlı, cəsarətli və fərqləndirici dizayn üslubuna malikdir. Daha alçaq radiator qəfəsi, demək olar ki, bütün bamper sahəsini tutur, bamperin yan tərəfləri isə katamaran gövdəsini xatırladır.

 

Salona gəldikdə isə, Camry-nin ağırlıq mərkəzini aşağı salmaq üçün həm döşəmə, həm də oturacaqlar endirilmişdir. Salonun interyeri olduqca zərif, dəbli və rahatdır. Yeni cihazlar paneli o qədər mükəmməl yerləşdirilib ki, sürücü üçün ideal bir mühit yaradır. Yeni, idmansayağı ön oturacaqlar və salonun genişləndirilmiş arxa hissəsi sayəsində Camry-nin ümumi komfortu daha da təkmilləşdirildi.

 

Avtomobildəki bütün düymələr daha həssas, dəbli və funksional oldu. Yeni Camry-nin HMI (insan-maşın) interfeysində asanlıqla oxuna bilən məlumat displeyləri vardır — bu, rəngli, 7-düymlü, yüksək müşahidəyə malik Multi-informasiya displeyi və özündə Toyota-nın Touch® 2 ilə Go multimedia sistemini birləşdirən 8-düymlü mərkəzi konsol displeyidir.

 

Avtomobilə populyarlıq qazandıran bütün əsas meyarları özündə saxlamaqla (keyfiyyət, davamlılıq, etibarlılıq, səssizlik və idarəetmə) yeni Camry sürücülərə cəlbedici eksteryer və interyer dizaynı, innovativ texnologiyalar, yüksəksəviyyəli təhlükəsizlik, eləcə də möhtəşəm idarəetmə hissi bəxş edir.



Masato Katsumata

 

Baş mühəndis, Orta ölçülü nəqliyyat vasitələri şirkəti, Toyota Motor Corporation

 

Cənab Katsumata Tokio Universitetinin mühəndislik fakültəsini hidromexanika üzrə magistr dərəcəsi ilə bitirmiş və 1987-ci ildə Toyota Motor korporasiyasında işə başlamışdır. Cənab Katsumata karyerasına şassi mühəndisi qismində başlamış, 1994-cü ildə məhsulun planlaşdırılması ilə məşğul olmuş, 2000-ci ildə isə həmin dövrdə mühəndis üçün müstəsna hal kimi dəyərləndirilən məhsulun idarə edilməsi vəzifəsinə keçirilmişdir. 2003-cü ildə Planlaşdırma şöbəsinə qayıtmış cənab Katsumata ortamüddətli tədqiqat və layihələndirmə strategiyası bölməsini idarə etmişdir. 2005-ci ildə yeni Corolla Verso modelinin baş mühəndisi vəzifəsinə təyin olunmuşdur. 2009-cu ildə Toyota-nın Avropadakı planlaşdırma işlərini idarə etmək məqsədilə Toyota Motor Avropa-nın Tədqiqat və Layihələndirmə şöbəsinin vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

 

2013-cü ildə Toyota Motor Company-nin Məhsulun Planlaşdırılması Qrupuna qayıtmışdır. 2013-cü il iyul ayından etibarən Camry və Avalon modellərinin Baş mühəndisi qismində çalışır.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>