Sizin link burada

Gəncədə Novruz yarmarkasına start verilib - FOTO

Azərbaycanın Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri üçün “Novruz Bayramı Yarmarkası- 2018” yarmarkasına start verilib. “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində yarmarkanın təşkilində məqsəd vətəndaşların büdcələrinə uyğun bazarlıq etməsinə imkan yaradılmasıdır.
 
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, deputat Pərvin Kərimzadə və deputat. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Kompleksində olub, “Novruz Bayramı Yarmarkası”nda qiymətlərlə, o cümlədən məhsulların keyfiyyəti ilə maraqlanıblar. Onlar “Grand Qafqaz” Ticarət Kompleksinin bir-birindən yaraşıqlı, geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar. Təşkil olunan yarmarkada bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır. Burada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edirlər. Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:
 
Un (50 kq) 20,60 AZN
 
Un (25 kq) 10.60 AZN
 
Un (10 kq) 4.40 AZN
 
Un (5 kq) 2.30AZN
 
Mal əti (kq-la) 8 AZN
 
Qoyun əti (kq-la) 9 AZN
 
Yumurta (ədədlə) 0.10 AZN
 
Kartof kq 0.40 AZN
 
Soğan kq 0.30 AZN
 
Makaron (1 kq) 0.70 AZN
 
Vermişel (1 kq) 0.80 AZN
 
Final çay 1.88 AZN
 
Limonad (ədədlə) 0.20 AZN
 
Alma (1 kq) 1 AZN
 
Mandarin (1 kq) 1.50 AZN
 
Kolbasa (1 kq) 5 AZN
 
Sosiska (1 kq) 4.70 AZN
 
Bizim Süfrə mayonez (500 q) 1.87 AZN
 
Supersun yağ. (1.200 q) 5.30 AZN

LENT

20 İyun 2018

Digər xəbərlər >>>