Sizin link burada

Sabah "Beşiktaş" təsəlli qələbəsi qazana biləcəkmi?

Bu həftə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra daha 4 komanda 1/4 finala adını yazdıracaq.

 

Ən diqqətçəkən məqam iki cütlükdə İngiltərə və İspaniya klublarının üz-üzə gəlməsidi. Əvvəlcə sabah “Mançester Yunayted” “Sevilya”nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlikdən sonra cavab görüşünün nəticəsi böyük önəm kəsb edir. “Qırmızı şeytanlar” qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Deyli Blind, Fil Cons və Pol Poqba kimi oyunçular Joze Mourinyonun ixtiyarında olmayacaq. Həmçinin, zədədən əziyyət çəkən Ander Errera, Antoni Marsial və Markos Roxonun da iştirakı sual altındadı. “Sevilya”da isə əsas narahatlıq Xesus Navasla bağlıdı. Son vaxtlar yaxşı forma yığan “mankunianlar” doğma azarkeşləri önündə qələbə seriyasını davam etdirməyə çalışacaq. Əndəlüs klubunun isə statistikası o qədər də ürəçakan deyil. Bunun nəzərə alsaq, “Mançester Yunayted”i cütün favoriti saymaq olar.

 

 

“Qarabağ”ın yer aldığı qrupu qalib kimi başa vuran “Roma” ilk oyundakı məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmalıdı. O “Şaxtyor” ki, 2018-ci ildə keçirdiyi 5 rəsmi qarşılaşmanın hamısında qələbə qazanıb. Ancaq A seriyasının son turlarında “Napoli” və “Torino”nu məğlub edən, üstəlik, heyətlə bağlı ciddi problem yaşamayan “canavarlar” Ukrayna təmsilçisinə ilk yenilgini yaşatmaq niyyətindədi. Doğrudu, heyəti zəngin olmasa belə, donetsklilər əsl avrokubok komandasıdı. Amma istənilən halda “Şaxtyor”un mərhələ adlaması 1/8 finalın ən böyük sensasiyası olar.

 

Bir gün sonra baş tutacaq “Beşiktaş” – “Bavariya” qarşılaşması formal xarakter daşıyacaq. Almanlar evdə rəqibin qapısından 5 cavabsız top keçirərək, türkiyəlilərə möcüzə üçün ümid yeri də qoymayıblar. Bu üzdən Yupp Haynkes aparıcı oyunçularına istirahət verə bilər.

 

1/8 final mərhələsi “Barselona” – “Çelsi” matçı ilə başa çatacaq. Buna da bir növ erkən final demək olar. İngiltərədəki qollu bərabərlikdən sonra kataloniyalılar daha şanslıdılar. Üstəlik, “Çelsi”nin cari mövsümdəki uğursuz çıxışı güclü rəqiblə oyunöncəsi “zadəganlar”ın azarkeşlərini ciddi şəkildə narahat edir. Londonlular səfərə ideal heyətlə yollana biləcəklər. Cari mövsüm La Liqa və Çempionlar Liqasında məğlubiyyətin nə olduğunu bilməyən “Barsa”da isə Andres İnyestanın durumu qeyri-müəyyəndi. Kapitan oyuna qədər sağalmağa çalışsa da, son sözü oyun günü klubun həkimləri deyəcək.

 

 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

 

13 mart

 

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun - 1:2

 

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, “Old Trafford” stadionu

İlk oyun – 0:0

 

14 mart

 

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya)

İstanbul, “Vodafone Park” stadionu

İlk oyun – 0:5

 

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)

Barselona, “Nou Kamp” stadionu

İlk oyun – 1:1

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>