Sizin link burada

(R) Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib

 

 

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib. "ASAN kadr" Karyera Mərkəzinin təşkilati dəstək verdiyi yarmarkada müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkət iştirak edib.

Yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, "Azərsun", Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı aparacı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiya və tələbələr üçün təcrübə proqramlarını təqdim ediblər.

Sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi, eləcə də tələbələrin yeni təcrübə proqramları barədə informasiyalar əldə etməsi baxımdan əhəmiyyətli olub.

Yüzlərlə gənc şirkətlərə iş üçün müraciət edib, onların bir çoxu müsahibələrə dəvət edilib.

Tədbir çərçivəsində gənclər üçün “Karyera uğurunda bədən dilinin rolu” mövzusunda təlim də təşkil edilib.

Qeyd edək ki, məzunlarının məşğulluq məsələsinə daim diqqətlə yanaşan və bu baxımdan olduqca yüksək nəticələrə sahib olan Qərbi Kaspi Universiteti bu yarmarka ilə ümumilikdə gənclərin işlə təmin olunması istiqamətində daha bir addım atmış olub.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>